“Gürcüstan təhlükə qarşısındadır” – Prezidentdən kritik açıqlama
“Gürcüstan təhlükə qarşısındadır” – Prezidentdən kritik açıqlama
18 Dekabr 2019 13:38 Dünya"Gürcüstan daxilində qüvvələr arasına siyasi müharibə və qütbləşmə gedir".
Olaylar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvli deyib.
Zurabişvili gürcü diplomatlarla görüşdə ölkədə qütbləşmə təhlükəsi və "total siyasi müharibə" barədə danışıb:
"Parlament seçkilərindən bir il əvvəl siyasi vəziyyət çox gərgin idi. Müxalifət səs-küylü etiraz aksiyaları keçirir, ilk növbədə seçki sistemindəki dəyişiklikləri tələb edir və hakimiyyət öz yerində dayanmağa davam edir. Müxalifət danışıqlar masasında yalnız xarici diplomatların vasitəçiliyi ilə oturmağı bacardı.
Görürük ki, qütbləşmə dövləti necə zəiflədir. Bu qarşıdurmaya girməməyə çalışıram, çünki prezident institutu hədəfə çevrilməmək üçün siyasi müharibədən kənarda qalmalıdır".
Prezident qarşıdurmanın diasporaya çatdığını qeyd edib.