Bu universitet marixuana mütəxəssisləri yetişdirəcək - Yeni ixtisas açılır
Bu universitet marixuana mütəxəssisləri yetişdirəcək - Yeni ixtisas açılır
5 Dekabr 2019 12:53 DünyaKanadanın Monreal şəhərində yerləşən Makqilla (McGill) Universitetində marixuana mütəxəssisliyi ixtisası üzrə proqram açılacaq.
Əsas məqsəd marixuananın yetşdirilməsi və ticarəti üçün savadlı kadrlar yetişdirməkdir. Proqramın illik xərci isə 24 min dollar olacaq.
Makqilla Universiteti bu sahə ilə bağlı proqram açan ilk ali təhsil müəssisəsi olsa da, Qvelf Universiteti də kurs səviyyəsində marixuana əkimi və yetişdirilməsi ilə bağlı təhsil verir.
Xatırladaq ki, Kanadada 2018-ci ildə qüvvəyə minən qanunla marixuananın istifadəsi və satışı leqallaşıb.
yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31