2019-cu ilin ən populyar mahnıları açıqlanıb
2019-cu ilin ən populyar mahnıları açıqlanıb
5 Dekabr 2019 11:48 Dünya"Shazam" musiqi axtarış xidməti 2019-cu ildə ən çox axtarılan mahnıların reytinqini açıqlayıb.
Olaylar.az bildirir ki, birinci yerdə Billi Aylişin "Bad Guy" mahnısı yer alıb.
İkinci yerdə Lyuis Kapaldinin "Someone You Loved" mahnısı, üçüncü yerdə "Tones and I"ın "Dance Monkey" mahnısı qərarlaşıb.
İlk beşlikdə həmçinin Pedro Kapo və Farrukonun ifasında "Calma" və "Meduza" və "Goodboys" qruplarının "Piece of Your Heart" mahnıları yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31