Fransada etiraz aksiyaları, tətil və yürüş başlayıb

Fransada pensiya islahatlarına qarşı tətil başlayacaq

Fransada pensiya islahatına qarşı ümummilli etiraz aksiyaları, tətil və yürüş başlayıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, ölkə üzrə 245 etiraz nümayişi keçiriləcək.

Nəqliyyat işçilərinin aksiya keçirdiyi Parisin rayonlarında dəmir yolunun hərəkəti tamamilə iflic olub. Müəllimlərin tətili səbəbindən ölkə paytaxtında artıq iki məktəb bağlanıb. Energetika sahəsinin işçiləri, xəstəxanalar, aviadispeçerlər də tətilə qoşulublar.

Qeyd edək ki, ölkədə pensiya yaşı artırılacaq. Aksiya hökumətin bu islahatına qarşı keçirilir. Bu günü "qara cümə axşamı" da adlandırırlar. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31