İranda 4,3 bal gücündə zəlzələ oldu

İranda 4,3 bal gücündə zəlzələ oldu

İranın Buşehr vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Zəlzələ dekabrın 4-ü yerli vaxtla saat 01:07-də baş verib.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 12 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri Abdan rayonundan 15 kilometr məsafədə olub.

İnsan itkisi haqda məlumat verilməyib.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31