İt mikrodalğalı sobanı işə saldı - Evi yandırdı
İt mikrodalğalı sobanı işə saldı - Evi yandırdı
4 Dekabr 2019 17:46 DünyaBöyük Britaniyanın Esseks qraflığında it evdə yanğına səbəb olub.
Haski cinsindən olan it mətbəxdə mikrodalğalı sobanı təsadüfən işə salıb.
Nəticədə sobanın içində qalan kökələr tüstüləməyə başlayıb və yanğına səbəb olub.
Ev sahibi yanğın barədə smartfona quraşdırılan proqram sayəsində xəbər tutub.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının digər otaqlara keçmədiyini müəyyən edib. Yanğının qarşısı qısa müddətdə alınıb. İtə ziyan dəyməyib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31