İtən alpinistləri axtarmağa gedən xilasetmə qrupu özü də itkin düşdü
İtən alpinistləri axtarmağa gedən xilasetmə qrupu özü də itkin düşdü
4 Dekabr 2019 17:44 DünyaTürkiyənin Uludağ ərazisində itkin düşən alpinistləri axtarmağa gedən xilasetmə qrupu özü də itkin düşüb.
31 yaşlı Mərd Alpaslan və 37 yaşlı Efe Sarp adlı həvəskar alpinistlər zirvəni fəth etmək üçün dağa çıxanda itiblər.
DHA-nın məlumatına görə, onları tapmaq üçün gedən dörd xilasedici də itkin düşüb.
Onların Qaradərə ərazisində qar uçqununa düşdükləri bildirilib.
Daha bir neçə xilasetmə qurupu da onları axtarmaq üçün cəlb edilib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31