Avtoritet küçənin ortasında güllələndi

Avtoritet küçənin ortasında güllələndi

İtaliyanın Neapol şəhərində küçənin ortasında mafiya qarşıdurması yaşanıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə kadrları "Syndicate-18" "Telegram" kanalı yayımlayıb.

Hadisənin bu gün baş verdiyi vurğulanıb.

Sürücü təhlükəsizliklə bağlı vəziyyəti dəyərləndirmək üçün avtomobildən çıxır. Bu vaxt iki killer motosikletə yaxınlaşır və maşının pəncərəsindən yerli avtoritetə atəş açırlar. Sürücü nə baş verdiyini anlayana qədər onlar hadisə yerini tərk edirlər.

Arxa maşında gələn mühafizəçilər də cinayət yerinə vaxtında çata bilmirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31