Dünyanın ilk uçan maşını satışa çıxarıldı
Dünyanın ilk uçan maşını satışa çıxarıldı
4 Dekabr 2019 16:19 DünyaDünyanın ilk uçan və idarə olunan avtomobili ABŞ-ın Florida ştatında Mayami şəhərində debüt edəcək.
Olaylar.az bildirir ki, bu barədə "Daily Mail" məlumat verib.
Hollandiya istehsalı olan uçan aparat "Pioneer Personal Air Landing Vehicle" və ya "PAL-V" adını alıb.
Yanacaq kimi avtomobil benzinindən istifadə olunur. Avtomobil havada saatda 321 km, yerdə isə 160 km sürət yığa bilir.
Onun satış qiyməti 599 min ABŞ dollarıdır.
İki nəfərlik nəqliyyat vasitəsi karbon lifindən, titandan və alüminiumdan hazırlanıb. 680 kq çəkidə olan avtomobilin uçması üçün 165 metr, enməsi üçün isə cəmi 30 metr məsafə lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31