Taciklər parlament seçkilərinə gedir – Vaxt açıqlandı

Taciklər parlament seçkilərinə gedir – Vaxt açıqlandı

Tacikistan Prezidenti Emomali Rəhmon ölkədə parlament seçkilərinin keçirilməsinə dair sərəncam imzalayıb.

Sənədə əsasən, ölkə parlamentinin aşağı palatasına seçkilər gələn il martın 1-də, yuxarı palataya isə martın 27-də keçiriləcək.

Sərəncam respublika prezidentinin saytında dərc olunub.

"Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Məclisində və Dağlıq Bədəxşan Muxtar Vilayətinin xalq deputatları məclisində, bölgələrdə, Düşənbə şəhərində, şəhər və rayonlarda yeni çağırış seçkilər 1 mart 2020-ci il tarixinə təyin edilsin. Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin yeni çağırış üzvlərinin seçkiləri 27 mart 2020-ci il tarixinə təyin edilsin", - sənəddə deyilir.

Daha əvvəl məlum olub ki, Qırğızıstanda yeni parlament seçkisi 2020-ci ilin oktyabrında keçiriləcək.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31