İran nüvə danışıqlarına hazırdır – Şərtlər açıqlandı
İran nüvə danışıqlarına hazırdır – Şərtlər açıqlandı
4 Dekabr 2019 13:55 Dünyaİran Xarici İşlər Nazirliyi nüvə sazişindən imtina etmək istəmədiklərini, İrana qarşı sanksiya rejiminin ləğv ediləcəyi təqdirdə müqavilədə göstərilən öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bəyan edib.
Olaylar.az xəbər verir ki, İran Prezidenti Həsən Ruhani də danışıqların bərpası üçün sanksiyaların ləğv edilməsini vacib sayıb.
Prezident Ruhani açıqlamasında qeyd edib ki, ABŞ-ın iqtisadi təzyiqlərini dayandırması şərti ilə nüvə proqramına dair müzakirələrə başlamağa hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31