Norveçdə Rusiyaya məxsus gəmi yandı
Norveçdə Rusiyaya məxsus gəmi yandı
4 Dekabr 2019 13:11 DünyaNorveç sahillərində Rusiyaya məxsus gəmi yanıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, yanğınla bağlı Borford quberniyasının polisi "Twitter" səhifəsində paylaşım edib.
Məlumata görə, yanğın balıq ovu ilə məşğul olan gəminin mətbəx yerləşən hissəsində başlayıb. Lakin yanğının konkret hansı səbəbdən baş verməsi hələ məlum deyil.
Yanğın olan əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Xəsarət alanlar barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31