Əfqanıstanda yaponlara hücum: 5 nəfər öldürüldü
Əfqanıstanda yaponlara hücum: 5 nəfər öldürüldü
4 Dekabr 2019 12:25 DünyaYaponiyaya aid humanitar müəssisənin avtomobilinə hücum zamanı 5 nəfər öldürülüb.
Olaylar.az xəbər verir ki, hadisə Əfqanıstanın Nanqahar vilayətində baş verib.
Məlumata görə, humanitar sahədə işləyənlərə hücum Cəlalabad şəhərində edilib.
Hücum zamanı 5 nəfər öldürülüb, yaponiyalı həkim Tetsu Nakamura yaralanıb.
Qeyd edək ki, Yaponiyanın PMS humanitar təşkilatı 2008-ci ildən Nanqahar vilayətində suvarma və əkinçilik sahəsində fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31