Türkiyədə dəniz reysləri ləğv edildi - SƏBƏB?
Mərmərə dənizində, İstanbul akvatoriyasında, eləcə də Bursada dəniz reysləri ləğv edilib.
Olaylar.az türk mediasına istinadən bildirir ki, bu qərar həmin ərazidə qatı dumanla əlaqədar qəbul edilib.
Qeyd olunur ki, 6 dəniz reysi ləğv edilib. Bu reyslərin digər vaxta keçirilib-keçirilməməsi barədə məlumat verilməyib.