İraqda etirazlar: 2 ayda 400-dən çox insan öldü
İraqda etirazlar: 2 ayda 400-dən çox insan öldü
4 Dekabr 2019 11:56 Dünyaİraqda oktyabrın əvvəlindən davam edən etirazlar zamanı 400-dən çox insan həlak olub.
Bu barədə BMT bu ölkə üzrə xüsusi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, aksiyalar zamanı 1900-dən çox insan xəsarət alıb.
"Oktyabrın başlanğıcından 400-dən çox insan öldürülüb və 1900-dən çox insan xəsarət alıb", - deyə o bildirib.
Nümayəndə qeyd edib ki, qətllərə və dinc asayişçilərin şikəst edilmələrinə bəraət qazandırmaq olmaz.
Onun sözlərinə görə, BMT-nin müşahidələrinə əsasən İraqda əvvəlki kimi aksiyaçıları güllələyir, gözyaşardıcı qazdan təyinatı üzrə istifadə etmirlər, bu da əlilliyə və ya ölümlərə səbəb olur.
"Həbslər, saxlanılmalar oğurluqlar, təhdidlər və qorxutmalar kimi davam edir", - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31