Çili sahillərində güclü zəlzələ

Çili sahillərində güclü zəlzələ

Çilinin şimal sahillərində 6,1 bal maqnitudalı zəlzələ baş verib.

Bu məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Seysmoloqların bildirdiyinə görə, zəlzələ Bakı vaxtı ilə saat 12:46-da qeydə alınıb.

Yeraltı təkanların episentri Çilinin Arika şəhərindən 20 km qərbdə, ocağı isə 46 km dərilikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar haqqında məlumat verilmir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31