Terrorçular tərəfindən məhv edilən şəhərdə xəstəxana istifadəyə verildi
Terrorçular tərəfindən məhv edilən şəhərdə xəstəxana istifadəyə verildi
3 Dekabr 2019 14:17 DünyaYPG/PKK terror təşkilatından təmizlənən Tel Abyad xəstəxanası suriyalılara tibbi xidmətlər göstərməyə başlayıb.
Olaylar.az bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsində Suriyanın şimalında yerləşən Tel Abyad xəstəxanasında suriyalılara verilən tibbi xidmətlərlə bağlı bir video paylaşılıb. Yayımlanan videoda uşaqlar da daxil olmaqla suriyalıların həkimlər tərəfindən müayinə edildiyi görüntülər yer alıb.
Tibbi xidmət göstərilən Suriyalı bir ailənin üzvləri YPG/PKK terror təşkilatının mövcud olduğu vaxtlarda evlərindən çölə çıxa bilmədiklərini söyləyiblər.
Yaşadıqları bölgənin Türk Silahlı Qüvvələri tərəfindən terrorçulardan təmizləndiyini dilə gətirən ailə qeyd edib ki, terrorçular burada olduqları vaxt evdən çölə çıxmaq onlar üçün çox təhlükəli idi. Ailə türk əsgələrinə dua ediblər.
Milli Müdafiə Nazirliyi açıqlamasında həmçinin qeyd olunub ki, suriyalı qardaşlarımız layiq olduqları xidmətləri almağa başlayıb:
"Qəhrəman əsgərlərimiz tərəfindən dinc və təhlükəsiz mühitinyaradılması və Səhiyyə Nazirliyinin Tel Abyad xəstəxanasındagöstərdiyi tibbi xidmətlər sayəsində suriyalı qardaşlarımız insankimi yaşamağa və layiq olduqları xidmətləri almağa başlayıblar.Artıq üzlər gülür."