Saxta "Peyğəmbər"in yanında dəfn olunmaq üçün növbə yarandı
Saxta "Peyğəmbər"in yanında dəfn olunmaq üçün növbə yarandı
3 Dekabr 2019 11:02 DünyaTürkiyənin Bursa şəhərində dəfn yeri almaq üçün insanlar növbəyə dayanıb.
Saxta "Peyğəmbər" İsgəndər Erol Evrenesoğlunun dəfn edildiyi "Hamitlər" qəbiristanlığına yer almaq üçün 100-dən çox insan müraciət edib.
Lakin müraciətlər artdığı üçün qəbiristanlıq rəhbərliyi yer satışını dayandırıb.
Eyni zamanda, məzarı türbəyə çevirməyə də icazə verilməyib.
ABŞ-da vəfat edən Evrenesoğlunun oğlu daha əvvəl "Pınarbaşı" qəbiristanlığında dəfn yeri üçün müraciət etsə də, onun müraciəti qəbul edilməyib.
xeber.im
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31