"Məni dünyaya gətirdikləri üçün ailəmi məhkəməyə verəcəyəm"

"Məni dünyaya gətirdikləri üçün ailəmi məhkəməyə verəcəyəm"

Türkiyədə yayımlanan "Kim milyoner olmaq ister" proqramına qatılan Ebru Söyləməz adlı qadın açıqlamaları ilə verilişə damğa vurub.

Hüquq fakultəsini bitirən 34 yaşlı qadın ailəsini məhkəməyə verəcəyini dilə gətirib:

"Təəssfüf ki qan bağı ilə bağlı olduğum ailəm yoxdur artıq. Sevgi bağı ilə bağlandığım bir ailə qurmuşam. İcazəmi almadıqları üçün məni dünyaya gətirən valideynlərimi də məhkəməyə verəcəyəm".

Qadının bu sözləri sosial şəbəkə izləyicilərini də özündən çıxarıb. Onlar Ebrunun ünvanına kəskin təndiqlər ediblər.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31