Qazaxıstandan sərnişin avtobusu aşdı: 7 ölü, 28 yaralı

Qazaxıstandan sərnişin avtobusu aşdı: 7 ölü, 28 yaralı

Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Bunu jurnalistlərə Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurahmet deyib.

Onun sözlərinə görə, avtobusda olan digər 28 nəfər xəsarət alıb. Ölənlərin və xəsarət alanların vətəndaşlığı barədə məlumat yoxdur.

07:32

Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bunu jurnalistlərə Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurahmet deyib.

N.Nurahmet bildirib: "Daha iki nəfərin cəsədi aşkar edilib, 14 nəfər xəsarət alan avtobusdan çıxarılıb".

Qəza nəticəsində xəsarət alanların sayı 29 nəfərə çatıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31