Narkotikdən istifadə etmişəm... – Jirinovski

Narkotikdən istifadə etmişəm... – Jirinovski

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski narkotik vasitədən istifadə etdiyini etiraf edib.

Jirinovski "İnternetdə narkotik vasitələrin təbliğatı və yayılması təhlükəsi" mövzusunda parlament dinləmələri zamanı narkotik vasitədən uşaq ikən istifadə etdiyini söyləyib. O, narkotik vasitəni ona yaşca böyük yoldaşlarının təklif etdiyini, nə olduğunu anlamasa da, buna razılıq verdiyini deyib.

"Bu məndə alışqanlıq yaratmadı. Ancaq başqasının xoşuna da gələ bilər. Buna yol vermək olmaz", - Jirinovski fikrini tamamlayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31