Pilotsuz təyyarələr bu ölkədə rusiyalı hərbçilərə hücum etdilər
2 Dekabr 2019 18:44 DünyaHəm Suriya hökumət qüvvələrinin, həm də onları dəstəkləyən Rusiya silahlı qüvvələrinin Həmadakı və İdlibdəki hərbi bazaları gecə iki dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, Hava Hücumundan Müdafiə sistemlərinin videosu "Al-Masdar News" tərəfindən yayımlanıb.
Nəşrin yazdığına görə, gecə lentə alınan videoda Rusiyanın Suriyaya təhvil verdiyi "Pantsir-C1" raket-top kompleksi (ZRPK) əks olunub. Bildirilir ki, onların köməyilə Suriya qoşunları Həma əyalətindəki aviabazaya zərbələrini dəf edib.
Bundan bir neçə saat sonra İdlib əyalətindəki bir aviabazaya da PUA-hücumu baş verib. Rusiya Hava Hücumundan Müdafiə qüvvələri təhlükəsiz məsafədən hədəfi endirməyə müvəffəq olub, nəticədə, heç kim zərər görməyib.