Yaponiya ABŞ hərbi sınaqları üçün yeni ada alır
YAPONİYA ABŞ HƏRBİ SINAQLARI ÜÇÜN YENİ ADA ALIR
2 Dekabr 2019 17:30 DünyaYaponiya ada satın almaq və onu hərbi sınaqlar üçün ABŞ-a təqdim etmək niyyətindədir.
Söhbət Kyusyu adasından 30 kilometr cənubdakı Maqesima adasından gedir.
Məlumata görə, hələ noyabrın 29-da Müdafiə Nazirliyi və adanın sahibləri arasında danışıqlar zamanı adanın alınması ilə bağlı razılıq əldə olunub. Müqavilə Yaponiyaya 146 milyon dollara başa gələcək.
Yapon hökuməti tezliklə adada poliqonların tikintisinə başlanılacağı açıqlayıb.
"The Straits Times"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31