Bu xəstəlik marixuana ilə müalicə olunacaq
Bu xəstəlik marixuana ilə müalicə olunacaq
2 Dekabr 2019 17:28 DünyaSinqapurda marixuana əsaslı dərmanın istifadəsinə icazə verilib.
Dərman epilepsiyanın müalicəsində istifadə ediləcək.
Preparat ilk olaraq qız üzərində sınaqdan keçiriləcək. Onun adı və yaşı açıqlanmır.
Qeyd edək ki, Sinqapurda narkotiklərlə bağlı çox sərt qanun var. Hətta ölüm cəzası da keçərlidir.
Xatırladaq ki, sözügedən dərman ABŞ səhiyyəsində istifadə edilir.
Marixuananın dərman kimi istifadəsinə Argentina, Çili, Kolumbiya, Meksika, Peru və Puerto-Rikoda da icazə var. Boliviya, Kosta-Rika və Ekvadorda isə müəyyən məhdudiyyətlərlə fərdi istifadəyə icazə verilir.
Uruqvay dünyada ilk dəfə olaraq marixuana satışını leqallaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31