Donbasda iki ukraynalı əsgər həlak olub
Donbasda iki ukraynalı əsgər həlak olub
2 Dekabr 2019 17:23 DünyaDünən Donbasda döyüş tapşırığını yerinə yetirərkən iki Ukrayna əsgəri naməlum partlayıcı qurğunun partlaması nəticəsində həlak olub.
Bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, separatçılar həmçinin Minsk razılaşmaları ilə qadağan edilən 82 minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan və kiçik silahlardan atəş açıblar.
ordu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31