Deputatın üç yaşlı oğlunun qətlində şübhəlilər saxlanıldı

Deputatın üç yaşlı oğlunun qətlində şübhəlilər saxlanıldı

Kiyev polisinin əməkdaşları Kiyev Vilayət Şurasının deputatı Vyaçeslav Sobolevin avtomobilinə hücum etməkdə şübhəli bilinənləri saxlayıb.

Bu barədə məlumatı Milli Polis yayıb.

Məlumatda qeyd edilir ki, hazırda polis təxirəsalınmaz istintaq tədbirləri həyata keçirir, saxlanılan şəxslərin ifadələri alınır.

Kiyev polisi şübhəlilərin saxlanılması üçün xüsusi əməliyyat təşkil edib.

Xatırladaq ki, cinayət dekabrın 1-i axşam saatlarında baş verib. Naməlum şəxslər Kiyev deputatına məxsus "Renc Rover" avtomobilinə odlu silahdan atəş açıblar, nəticədə maşında olan üç yaşlı uşaq ölüb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31