Yeni alma növü: “Kosmik xırçıltı”
Yeni alma növü: “Kosmik xırçıltı”
2 Dekabr 2019 15:22 DünyaAmerika Birləşmiş Ştatlarında (ABŞ) yeni alma növü satışa çıxarılıb.
aşinqton Universitetində yetişdirilən almaya üzərindəki sarı ləkələrə görə "Kosmik xırçıltı" adı verilib. Bu almanın ən böyük xüsusiyyəti gec xarab olmasıdır. Məlumata görə, "Kosmik xırçıltı" soyuducuda 1 ilədək təptəzə qalır. Onun bazara çıxarılması 10 milyon dollara başa gəlib.

Vaşinqtonda artıq 12 milyon ədəd bu növ alma ağacı əkilib. Lakin sərt lisenziya sisteminə görə, bu ağacı ABŞ-ın digər ştatları da daxil olmaqla dünyanın başqa bölgələrində əkmək qadağandır.
yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31