Minlərlə adamın iştirak etdiyi konsertdə izdiham - Ölən və yaralılar var
Minlərlə adamın iştirak etdiyi konsertdə izdiham - Ölən və yaralılar var
2 Dekabr 2019 14:33 DünyaBraziliyada polisdən qaçan şübhəlilər minlərlə insanın iştirak etdiyi konsertin keçirildiyi küçəyə girib və polisə atəş açıblar.
Polisin yaxalamağa çalışdığı şübhəli şəxslər motosikletlə 5 min nəfərin olduğu küçəyə giriblər. Onların polisə atəş açması ilə insanlar müxtəlif istiqamətlərə qaçaraq bir-birlərini də əziblər.
Braziliyanın San Paulu şəhərində baş verən hadisə nəticəsində yaranan izdihamda 9 nəfər dünyasını dəyişib, 20 nəfər isə yaralanıb.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31