İranda bir həftədə 273 nəfər donuz qripinə yoluxub
İranda bir həftədə 273 nəfər donuz qripinə yoluxub
2 Dekabr 2019 14:01 DünyaSon bir həftədə İranda H1N1 Donuz Qripi virusuna yoluxanların sayı kəskin şəkildə artıb.
Olaylar.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirinin birinci müavini Əli Rza Rəsisi deyib.
Onun sözlərinə görə, qeydə alınan xəstə sayı 273 nəfərdir. Xəstəlikdən vəfat edənlərin sayı 19 nəfərə çatıb.
Xəstəlik halları Gülüstan, Məzəndaran, Kirman, Əhvaz ostanlarında da qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31