Rusiyada xəstəxanada bütün həkimlər işdən çıxıb

Rusiyada xəstəxanada bütün həkimlər işdən çıxıb

Rusiyanın Novoçerkassk şəhərində Yoluxucu Xəstəliklər Xəstəxanası xəstələri qəbul etməyib.

Buna səbəb xəstəxanadakı bütün həkimlərin işdən çıxması olub.

Olaylar.azc oxu.az-a istinadən xəbər verir ki, xəstəxanada cəmi üç həkim işləyib.

Onlardan ikisinin yaşı 70-dən yuxarı olduğu üçün özləri istefa ediblər.

Üçüncü həkim-şöbə müdiri isə xəstə olduğu üçün xəstəxanadadır və işə qayıtmayacağını bildirib.

Yeni müraciət edən xəstələr Aksai və Rostov-Don xəsətxanasına yönləndiriləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31