Meksikada narkokartellə polis arasında atışma - 21 ölü

Meksikada narkokartellə polis arasında atışma - 21 ölü

Meksikanın Koauila ştatında "Şimal-şərq karteli" cinayətkarlar dəstəsinin üzvləri ilə bələdiyyə polisi arasında baş verən silahlı insidentdə 21 nəfər həlak olub.

Olaylar.az  xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilib ki, atışma Vil-Yunion bələdiyyəsinin ərazində qeydə alınıb. Belə ki, silahlı şəxslər yaşayış məntəqəsinə daxil olaraq meriyanın binasına hücum etmək istəyiblər.

Nəticədə narkokartelin 10 silahlısı öldürülüb. Daha sonra hadisə yerindən qaçan 7 cinayətkar zərərsizləşdirilib.

Atışmada dörd polis ölüb, hüquq mühafizə orqanlarının 6 əməkdaşı güllə yarası alıb.

Polisə hücumda iştirak edən narkokartel üzvlərinin dəqiq sayı hələ məlum deyil.

Teleqraf.com

ABŞ-ın energetika naziri istefa verdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31