Burkina Fasoda kilsəyə hücum: 14 ölü
Burkina Fasoda kilsəyə hücum: 14 ölü
2 Dekabr 2019 11:42 DünyaBurkina Fasoda protestant kilsəsinə naməlum şəxlərin hücumu nəticəsində ən azı 14 nəfər ölüb.
Bu barədə "Infowacat" yerli portalı regional təhlükəsizlik xidmətində olan mənbələrə istinadən bildirib.
Bildirilib ki, bir qrup silahlı şəxs Futuri kommunasında yerləşən kilsəyə girib atəş açıb.
Bundan əlavə, naməlum şəxslər kilsənin yerləşdiyi ərazidə müdafiə qüvvələrinin mövqelərinə hücum edərək üç əsgəri öldürüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31