Bu taxta əyləşən milyonçu olur - Video

Bu taxta əyləşən milyonçu olur - Video

Rusiyalı sənətçi Aleksey Sergiyenko maraqlı işə imza atıb.

O, 1 milyon dollardan istifadə edərək "pul taxtı" hazırlayıb. Moskva Sənət Qalereyasında sərgilənən "X10 Pul Taxtı" adlı post-modern sənət əsərinin içərisində həqiqi dollar banknotları var.

Bu gündən nümayişə çıxarılacaq əl işi gülləkeçirməz şüşədən yığılıb. Qeyri-adi əsər pulun enerjisini hiss etmək istəyənlər üçün dizayn edilib. Şüşə və puldan ibarət taxtın hazırlanmasına isə milyarder İqor Rıbakov sponsorluq edib.

Qeyd edək ki, Sergiyenko daha əvvəl də Rusiya Prezidenti Vladimir Putinin tabloları ilə gündəmə gəlmişdi.

Qaynarinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31