İraqın baş naziri istefa haqqında ərizəni parlamentə təqdim edib
İraqın baş naziri istefa haqqında ərizəni parlamentə təqdim edib
1 Dekabr 2019 13:22 Dünyaİraqın baş naziri Adel Abdel Mehdi istefası haqqında ərizəni parlamentə göndərib.
Bu barədə "Sky News Arabia" telekanalı bildirib.
Baş nazirin istefaya getmək niyyəti haqqında hələ oktyabrın sonlarında bildirilirdi.
İraqda kütləvi etiraz aksiyaları oktyabrın başlanğıcından davam edir. Nümayişçilər hökumətin istefasını, korrupsiyaya qarşı mübarizə aparılmasını, işsizlik, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
KİV-in məlumatına görə, polislə etirazçıların toqquşmaları zamanı 300-dən çox insan həlak olub, təxminən 15 min xəsarət alıb.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31