Albaniyada zəlzələ qurbanlarının sayı 51 nəfərə çatıb
Albaniyada zəlzələ qurbanlarının sayı 51 nəfərə çatıb
1 Dekabr 2019 12:58 DünyaAlbaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb
Bu barədə "Report" yerli "Koha Jone" qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, zəlzələ nəticəsində zərər çəkənlərdən biri xəstəxanada ölüb. Bununla da ölənlərin sayı 50 nəfəri ötüb.
Təbii hadisə zamanı daha 2 min sakin xəsarətlər alıb. Albaniyanın baş naziri Edi Rama bildirib ki, axtarış əməliyyatı başa çatıb.
"Deutsche Welle"nin məlumatına görə, Albaniyanın paytaxtında demək olar ki, 1,5 min evə zərər dəyib, qonşu Durresdə bu rəqəm təxminən 900 təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31