İdlibdə 62 min insan köç etmək məcburiyyətində qalıb
İdlibdə 62 min insan köç etmək məcburiyyətində qalıb
29 Noyabr 2019 18:53 DünyaSuriyanın qeyri-hökumət təşkilatının verdiyi məlumata görə, İdlibin gərginlik azaltma bölgəsində İranın dəstəklədiyi xarici terroristlər, Bəşər Əsəd rejimi əsgərləri, İranın dəstəklədiyi xarici terror qrupları eləcə də, Rusiyanın etdiyi hücumlarda noyabr ayında 62 min insanın köç etmək məcburiyyətində qaldığı bildirilib. Mülki şəxslərin geri qayıtmasının qarşısını almaq məqsədi ilə xəstəxanalar, məktəblər, məscidlər, mülki müdafiə mərkəzləri dağıdılıb.
Həmçinin, hücumlardan qaçan vətəndaşların böyük bir hissəsini, Hatayın Reyhanlı mahalı ilə üzbəüz Suriya torpaqlarındakı düşərgəyə sığındıqları bildirilir.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31