Universitetə bağışlanılan orqanlar özəl şirkətlərə satılıb - Donor skandalı

Universitetə bağışlanılan orqanlar özəl şirkətlərə satılıb - Donor skandalı

Fransanın paytaxtı Parisdəki məşhur ali təhsil müəssisələrindən biri olan Dekart (Paris V) universitetində dəhşətli faktlar ortaya çıxıb.

Universitetin tibb fakültəsinə elmi araşdırmalar üçün bağışlanan minlərlə cəsədin çürüdüyü və orqanların özəl şirkətlərə satıldığı məlum olub. Məlumata görə, cəsədlərin bəziləri isə siçanlar tərəfindən gəmirilib.

Fakültənin əməkdaşlarının bir cəsəddən 760 avro, bir orqanın satışından isə 340 avro gəlir əldə etdiyi təxmin olunur. 

Donorların ailələrindən sərt reaksiyalar gəldiyi üçün universitet faktı qəbul edib və həmin ailələrdən üzr istəyib.

Faktla bağlı cinayət işi başlanılıb.

yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31