Almazbek Atambayev məhkəməyə çıxarılıb

Almazbek Atambayev məhkəməyə çıxarılıb

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev məhkəməyə çıxarılıb.

A. Atambayevin vəkili Sergey Slesarev jurnalistlərə açıqlamasında bildirib ki, sabiq prezident məcburi qaydada məhkəməyə gətirilib.

Daha əvvəl sabiq Prezident ona qarşı qərəzli yanaşma olacağını iddia edərək məhkəmədə iştirak etmək istəmədiyini bildirib.

Xatırladaq ki, Qırğızıstanın keçmiş prezidenti A. Atambayev avqust ayında həbs edilib. Sabiq Prezidentə qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31