Terrorçular Trampın yalanını belə üzə çıxardı
Terrorçular Trampın yalanını belə üzə çıxardı
29 Noyabr 2019 14:39 DünyaABŞ prezidenti Donald Trampın Əfqanıstan səfərində Taliban qruplaşması ilə yenidən müzakirələrin başlandığını açıqlamasına terror təşkilatından reaksiya gəlib.
Olaylar.az xəbər verir ki, Taliban müzakirələrin yenidən başlanması üçün hələ tez olduğunu bildirib.
Qruplaşmanın mətbuat katibi Zəbiullah Mücahid Fransanın AFP agentliyinə açıqlamasında bunları deyib: "Görüşlərin yenidən başlanması mövzusunda danışmaq üçün tezdir. Rəsmi açıqlamamızı daha sonra verəcəyik".
Qeyd edək ki, Donald Tramp ötən gecə gözlənilmədən Əfqanıstana səfər etmişdi.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31