Türkiyədə ilk: milli reytinq agentliyinə sahib oldu
Türkiyədə ilk: milli reytinq agentliyinə sahib oldu
29 Noyabr 2019 14:21 DünyaTürkiyə bankları və İstanbul Birjası Yaponiyanın "JCR Avrasiya" şirkətinin səhmlərinin 85,05%-ni əldə edib.
Olaylar.az xəbər verir ki, bu məlumatı Türkiyə Banklar Birliyi yayıb. Hazırda şirkətdə səhmlərin 18,50%-nin İstanbul Birjasına aid olduğu bildirilib. Ondan sonrakı yerdə Yaponiya kredit dərəcələndirmə qurumu olan "JCR Japan Credit Rating Agency" (14,95%) yer alıb. Şirkətin digər səhmləri Türkiyə bankları və maliyyə təşkilatları arasında bölünüb.
Bununla Türkiyə özünün ilk milli kredit reytinq agentliyini yaratmış olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31