Tramp Honkonqda demokratiya və insan hüquqları ilə bağlı qanunu imzalayıb

Tramp Honkonqda demokratiya və insan hüquqları ilə bağlı qanunu imzalayıb

ABŞ prezidenti Donald Tramp Honqkonqda demokratiya və insan hüquqları ilə bağlı qanunu imzalayıb. Əvvəllər ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənən qanunvericilik təşəbbüsü Çin Xalq Respublikasının bu xüsusi inzibati bölgəsindəki vəziyyət barədə millət vəkillərinə mütəmadi hesabat vermələrini tələb edir. Bununla yanaşı orada insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq etmək imkanını təmin edir. Çin hakimiyyəti əvvəllər qanun layihəsinin təsdiqlənməsinə ABŞ-a sərt etirazlarını bildirmişdilər.

Bundan əlavə amerika lideri nümayişçilərin dağıdılması üçün ABŞ xüsusi vasitələrinin yerli hüquq mühafizə orqanları tərəfindən istifadə edilməməsini təmin etmək məqsədi ilə "ABŞ-dan Hong Kong-a xüsusi təyinatlı polis texnikalarının ixracını qadağan edən" qanun imzalayıb.

"Mən bu qanunları Çin prezidenti və Honqkonq sakinlərinə hörmət hissi ilə imzaladım. Qanunlar Çin və Honqkonq liderləri və nümayəndələrinin fikir ayrılıqlarını sülh yolu ilə həll edə biləcəkləri ümidi ilə təqdim olunur. Qanun layihələri uzunmüddətli sülhə və firavanlığa aparacaq",- deyə Tramp bildirib.

sia.az

KTMT-nin yeni baş katibi təsdiqlənib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31