Türkiyə həbsdə olan “İŞİD”çiləri geri qaytarır
Türkiyə həbsdə olan “İŞİD”çiləri geri qaytarır
28 Noyabr 2019 13:54 Dünya"Terrorçu İŞİD qruplaşmasının üzvü olmuş 11 Fransa vətəndaşı dekabrın əvvəlində ölkəsinə göndəriləcək".
Olaylar.az türk mediasına istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazirin sözlərinə görə, Türkiyəyə sığınan suriyalı qaçqınlardan 370 mini artıq Suriyaya qayıdıb: "O biri tərəfdən isə nizamsız miqrant təzyiqi altındayıq. Noyabrın 22-də Türkiyəyə 405 min, bu həftə isə 420-430 min arasında qaçqın gəlib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31