İranda 8 agent saxlanıldı
İranda 8 agent saxlanıldı
28 Noyabr 2019 13:15 Dünyaİranda benzinin bahalaşması ilə bağlı başlayan etiraz aksiyaları zamanı Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi olan 8 nəfər saxlanılıb.
Bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılanlardan 6-sı MKİ-nin təlimatlarını həyata keçirib, 2 nəfər isə xarici ölkələrə məlumat sızdırıb.
Jurnalist adı altında fəaliyyət göstərən şəxslərin MKİ-dən maliyyə dəstəyi aldığı da iddia olunub.
Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı İranda 15 noyabrdan bəri başlayan etiraz aksiyalarında 143 nəfərin öldüyünü açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31