YPG/PKK terror təşkilatı yenidən dinc əhalini hədəf aldı – 17 nəfər həlak oldu

YPG/PKK terror təşkilatı yenidən dinc əhalini hədəf aldı – 17 nəfər həlak oldu

Canilikdə İŞİD-dən geri qalmayan PKK/YPG terror təşkilatı Suriyanın şimalında dinc əhaliyə qarşı hücumlarını davam etdirir.

Olaylar.az bildirir ki, Rəsulaynın qərbindəki Tel-Xələf vilayətinin Aazaz şəhərində terror aktı nəticəsində nəqliyyat vaistəsi partladılıb. Partlayış nəticəsində 17 nəfəri həlak olub, 20-dən çox insan yaralanıb. YPG/PKK Suriyanın şimalındakı Tel Rifat şəhərindən hücumları davam edir.

Həmçinin Tel Rifat-da məskunlaşan terrorçular Türkiyənin Kilis şəhərinin yaxınlığında yerləşən Suriyaya məxsus Aazaz şəhərinin mərkəzinə 6 raket zərbəsi endirib.

İkin məlumatlara görə, "Katyusha" raketlərindən olunan hücum zamanı 4 mülki şəxs yaralanıb. Türk Silahlı Qüvvələri terrorçuların mövqelərini artilleriya atəşləri ilə hədəf alaraq, cavab atəşi ilə qarşılıq veriblər.

Qeyd edək ki, "Zeytun Budağı" əməliyyatı ilə Afrindən çıxarılan YPG/PKK terror təşkilatı bölgənin cənub-şərqindəki Tel Rifat şəhərində işğalı davam etdirir. Bu bölgədə məskunlaşan terror təşkilatı tez-tez Azad Suriya Ordusunun nəzarətindəki yaşayış məntəqələrini hədəf alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31