Müqəddəs şəhər blokadaya alındı, 15 mindən çox insan... (YENİLƏNDİ)

İraqın Nəcəf şəhərinə giriş-çıxış bağlanıb.

Ötən gün İran konsulluğunun binasının etirazçı kütlə tərəfindən yandırılmasından sonra ordu şəhərin bütün yollarını avtomobillər üçün bağlayıb və ölkənin digər bölgələri ilə əlaqələrini kəsib.

Ordunun Mərkəzi Fərat Əməliyyatları Komandanlığı durumun şəhərdə sabitlik yaranana qədər davam edəcəyini açıqlayıb.

Şiə müsəlmanları tərəfindən müqəddəs qəbul edilən Nəcəf şəhəri dini liderləri Əli Sistaninin də yaşadığı yer olub.

Qeyd edək ki, İraqda işsizlik, korrupsiya və ictimai xidmətlərin bərbad olmasına etiraz edən xalq oktyabrın 1-dən bəri küçələrdə aksiyalar keçirir. Bu günə qədər 300-dən çox insan ölüb, 15 mindən çoxu yaralanıb. Paytaxt Bağdad başda olmaqla, mərkəzi və cənub hissələrdəki şəhərlərdə davam edən aksiyalarda İranın ölkədəki nüfuzuna qarşı reaksiyalar dilə gətirilir. Hökumətin açıqladığı islahat paketləri ilə qane olmayan etirazçılar təhlükəsizlik qüvvələrinə zorakılıqdan istifadə etməsi təlimatını verən Baş nazir Adil Əbdülmehdi və korrupsiyada ittiham etdiyi hökumət üzvlərinin istefasını istəyir.

Publika.az

İraqda İran konsulluğuna hücum olunub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31