Albaniyada zəlzələ qurbanlarının sayı artır: 31 ölü, 658 yaralı
Albaniyada zəlzələ qurbanlarının sayı artır: 31 ölü, 658 yaralı
28 Noyabr 2019 11:52 Dünya26 noyabrda Albaniyanın Dıraç şəhərindən 15 km məsafədə baş verən 6,3 ballıq zəlzələdən zərər çəkənlərin sayı artıb.
Ölənlərin sayı 31-ə çatıb.
Bu barədə Albaniya Milli Müdafiə Nazirliyi məlumat yayıb. Səhiyyə və Sosial Mühafizə Nazirliyi 658 nəfərin yaralı olduğunu açıqlayıb. Onlardan 8-nin vəziyyəti ağırdır.
Paytaxt Tirana və Dıraç şəhərində 30 gündən az olmaqla, fövqəladə vəziyyət elan olunub.
Yerlə yeksan olan binaların dağıntıları altında qalanların xilasetmə işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31