ABŞ-da neftkimya zavodunda daha bir partlayış olub- 60 min insan təxliyə edilir
ABŞ-da neftkimya zavodunda daha bir partlayış olub, 60 min insan təxliyə edilir
28 Noyabr 2019 10:09 DünyaABŞ-ın Texas ştatında "TPC Group" şirkətinin neftkimya zavodunda daha bir partlayış baş verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, təxminən bir kilometr radiusda olan insanlara ilk partlayışdan sonra təxliyə təlimatları verilmişdi, amma indi təxminən altı kilometr radiusda bütün əhalinin məcburi təxliyə edilməsindən söhbət gedir.
"KFDM News" telekanalının məlumatına görə, təxliyə əməliyyatı 5 şəhəri əhatə edir, təxminən 60 min insan təxliyə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31