“Bu, sui-qəsd idi” - Xameneyi
27 Noyabr 2019 18:13 Dünya"Benzinin qiymətlərinin artması şəraitində İranda təşkil edilən təhlükəli sui-qəsd İran xalqının özü tərəfindən uğurla zərərsizləşdirildi".
Bunu İranın dini rəhbəri Əli Xameneyi deyib.
O qeyd edib ki, İranı daxildən qarışdırmaq istəyən qüvvələr benzinin bahalaşmasından şans kimi istifadə etməyə cəhd edib.
Xameneyinin sözlərinə görə, təcavüzkarlar bu məqsədlə pul xərcləyib və bir nöqtədən hərəkətə keçmək üçün səy göstərib.
Noyabrın 15-də İranda benzinin bahalaşmasına etiraz olaraq kütləvi nümayişlər başlayıb. Etirazlar ölkənin 28 vilayətini əhatə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31