Merkeldən kritik Türkiyə açıqlaması
Merkeldən kritik Türkiyə açıqlaması
27 Noyabr 2019 18:11 DünyaTürkiyə NATO üzvü kimi təcrid olunub. Regionda hadisələr kritik həddə çatanda ABŞ məsuliyyəti artıq avtomatik olaraq üzərinə götürmür. Bu baxımdan patnyorları ilə fərqli mövqelərinə rəğmən, Türkiyə NATO üzvü kimi qalmalıdır.
Bu sözləri Almaniya kansleri Angela Merkel deyib.
Dünyanın çoxqütblü nizama malik olduğunu deyən Angela Merkel vurğulayıb ki, NATO-nun qorunması üzv dövlətlərin xeyrinədir:
"Avropa mövcud vəziyyətdə özünü təkbaşına müdafiə edə bilməyəcək. Bu transatlantik ittifaqa ehtiyacımız var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31