"Emmi" mükafatını qazanan ilk türk aktyor hava limanında coşqu ilə qarşılandı – (FOTO/VİDEO)
"Emmi" mükafatını qazanan ilk türk aktyor hava limanında coşqu ilə qarşılandı – (FOTO/VİDEO)
27 Noyabr 2019 12:47 Dünya"Şahsiyyet" serialındakı performansına görə 47-ci "Emmi" Mükafatında "Ən yaxşı aktyor" mükafatını alan Haluk Bilginer İstanbula qayıdıb.
Olaylar.az türk mediasına istinadən bildirir ki, aktyor hava limanında coşquyla qarşılanıb.
Görkəmli sənətkar jurnalistlərin suallarını cavablandıraraq, ürək sözlərini dilə gətirib: "Mükafatı qazanmağım mənim üçün xoşbəxtlikdir, amma həqiqətən məni xoşbəxt edən şey Türkiyədə bu mükafatın bir xoşbəxtlik və qürur vəsiləsi olaraq qarşılanmasıdır".
Videonu linkdən izləyə bilərsiz:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31